A

UNEC-də “Elmi-tədqiqat ili” çərçivəsində tədbirlər davam edir.

UNEC-in “Azərbaycan dili” kafedrasında keçirilən elmi-nəzəri seminarda kafedranın dosenti Gülbəniz İsmayılzadə “Bədən dili və natiqlik sənəti” mövzusunda təqdimatla çıxış edib. G.İsmayılzadə bildirib ki, mövzunu seçməkdə məqsəd tələbələrin düzgün nitq mədəniyyətinə və doğru bədən dili üslubuna nail olmalarına dəstək vermək, onların öz gələcək həyatlarında sosial fobiyadan uzaq şəkildə cəmiyyət üçün daha faydalı işlər görə bilmələrini təmin etməkdir. O, tələbələrin bədən dili bacarıqlarından düzgün istifadə etmələrinin gələcək karyeralarına və cəmiyyətdəki nüfüzlarının artmasına təkan verəcəyini bildirib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli mövzunun aktualllığına diqqət çəkərək, bədən dilinin müasir gənclərimizdə düzgün ünsiyyət formalarının inkişafı, onların gələcək həyatlarında uğur qazanmaları üçün əvəzsiz rol oynadığını bildirib. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay