A

UNEC-in İqtisadiyyat fakültəsində Ümumdünya Turizm Gününə həsr olunan dəyirmi masa təşkil edilib.

Tədbir Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının təşkilatçılığı ilə baş tutub.

UNEC-in Qiyabi təhsil şöbəsinin müdiri, Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının baş müəllimi Yalçın Köçərli tədbir  iştirakçılarını Ümumdünya Turizm Günü münasibətilə təbrik edərək, turizm sektorunun inkişafının Azərbaycan  iqtisadiyyatında  rolu, ölkənin turizm potensialının yüksəldilməsində UNEC alimlərinin və ekspertlərinin üzərinə düşən mühüm vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin dekanı Anar Mirzəyevin təqdimatında Strateji Yol Xəritəsində nəzərdə tutulmuş müddət ərzində turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, yeni investisiya layihələrinin cəlb edilməsi, turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirlər haqqında geniş məlumat verildi.

Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının dosenti Elşən Məmmədov  “Azərbaycanda turizm xidmətlərinin keyfiyyət göstəriciləri”  mövzusunda çıxış edərək, ölkənin mövcud turizm resurslarından  maksimum yararlanmaqla  qarşıya qoyulmuş prioritetlərin standartlar çərçivəsində tətbiqinin əsas vəzifələrini qeyd etmişdir.

Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının  müəllimi Leyla  Köçərli  turizmin inkişafı istiqamətində görülən işlərin milli iqtisadiyyatın davamlılığına xidmət etməklə yanaşı, Azərbaycanın cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına yaratdığı imkanlardan, mövcud turizm potensialından səmərəli istifadə edilməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına dair çıxış etmişdir.

Müzakirələrdə kafedranın əməkdaşları, “Turizm və otelçilik” ixtisası üzrə bakalavr  təhsili alan tələbələr aktiv iştirak edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay