A

Texnologiya və dizayn fakültəsinin Rəqəmsal iqtisadiyyat və İKT kafedrasında UNEC-in 2017-2020-ci illər üçün «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»nin əsasında hazırlanmış Tədbirlər Planının icrası ilə əlaqədar “Tələblərə müasir yanaşma və rəqəmsal həllər” mövzusunda elmi seminar keçirilib.

Aparıcı şirkətlərlə əməkdaşlıq vasitəsilə İKT və innovasiya sahəsindəki mövcud yeniliklər haqqında məlumatların əldə olunması və onlardan səmərəli istifadənin təmin olunması çərçivəsində keçirilən bu tədbirdə fakültə rəhbərliyi, fakültənin nəzdində olan kafedraların professor-müəllim heyəti və tələbələr iştirak edib. Elmi seminara İKT sahəsi üzrə ixtisaslaşmış milli “InfoTech” şirkətinin aparıcı mütəxəssisləri dəvət olunub.

Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının dosenti, ixtisas rəhbəri Təranə Əliyeva “InfoTech” şirkətinin müasir dövrdə İT sektorunun bütün sahələri üzrə xidmətləri və şirkətin komandasının peşəkarlığı barədə məlumat verib. Seminarda şirkətinxidmət sahələri sırasında xüsusi əhəmiyyət kəsb edən Təhsil bölməsi üzrə “3D modelləşdirmə və vizualizasiya”, “Şəbəkə inzibatçılığı (CCNA routing and switching)” və “Coğrafi informasiya sistemləri” istiqamətlərində çıxışlar dinənilib.

Şirkətin direktoru Tural Rəsulov “InfoTech” şirkətinin müasir tələblərə uyğun formalaşdırılmış fəaliyyət istiqamətlərindən – Şəbəkə və rabitə sistemləri, SCADA və avtomatika, Təhlükəsizlik sistemləri, 3D/2D qrafika və proqram təminatarından bəhs edib. 3D qrafik dizayn üzrə mühəndis olan T.Rəsulov çıxışında 3D qrafika, onun tətbiq sahələri və üstünlüklərindən, eləcə də15 oktyabr 2018-ci il tarixində Astara şəhərində Cənab Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə şəhərin su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şirkətin SCADA və 3D qrafika istiqamətləri üzrə xidmətlərindən bəhs etməklə əyani olaraq qrafika nümunələrini təqdim edib. 

Şəbəkə və rabitə sistemləri üzrə layihə rəhbəri Hikmət Heydərov şəbəkə inzibatçılığından, bu sahədə istifadə olunan zəruri proqram və avadanlıqlardan və  şəbəkədə monitorinqin aparılma imkanlarından bəhs edib. İnformasiya texnologiyaları sahəsində “Cisco” beynəlxalq sertifikasiyası və onun səviyyələri barədə tələbələrlə dəyərli fikirlərini bölüşüb.

Şirkətin CİS (Coğrafi İnformasiya Sistemi) üzrə layihə rəhbəri Abbas Abbaszadə yer üzərindəki məlumatların rəqəmsallaşdırılmasında, məlumatların əhatəli təhlili, dolğun statistikanın əldə edilməsi, hesabatların hazırlanması və s. məsələlərdə əvəzsiz vasitə olan CİS-nin tətbiqlərindən, əhəmiyyətindən və bu sahədə beynəlxalq təcrübədən bəhs edib.

Mövzu ətrafında müzakirələrdə “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının əməkdaşları – dos. H.M.Bayramov, dos. M.N.Musayev və tələbələr çıxış edərək qaldırılan məsələlərə öz münasibətlərini bildiriblər.

Fakültə dekanı, prof. V.N.Hüseynovun tələbələrin ixtisas təcrübəsinin təşkili və gələcəkdə işədüzəlmə məsələlərinin həlli sahəsində İnfoTech şirkəti ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi təklifi şirkət rəhbərliyi tərəfindən müsbət qarşılanmışdır.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay