A

UNEC Karyera Mərkəzinin direktoru Sevinc Məcid və Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin böyük mütəxəssisi Rəsul Yusibov Türkiyənin Özyeğin Universitetində görüş keçiriblər.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri, yerli və əcnəbi tələbə-məzun münasibətləri, tələbə mübadiləsi və birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər Avropa və Asiya ölkələrindən tələbə cəlbinə dair müxtəlif modelləri də müzakirə ediblər. Görüş zamanı həmçinin Özyeğin Universitetinin məzunlarla iş sistemi UNEC nümayəndələrinə təqdim olunub.

Universitetdə süni intelektin tədrisdə tətbiqi xüsusi maraq doğurub. Qeyd edilib ki, Özyeğin Universitetində ayrıca Sİ sistemi fəaliyyət göstərir və dərslərdə aktiv şəkildə istifadə olunur. Tələbələr üçün simulyasiya oyunları, praktiki təlim modulları və müxtəlif ssenarilər süni intellekt vasitəsilə hazırlanaraq tədris prosesinə inteqrasiya edilir.

UNEC nümayəndələri vurğulayıblar ki, bu model gələcəkdə UNEC-də rəqəmsal tədrisin inkişafı, innovativ təlim mühitinin genişləndirilməsi və süni intellekt əsaslı tədris alətlərinin tətbiqi üçün faydalı təcrübə ola bilər. Bu yanaşmanın tələbələrin praktiki bacarıqlarının artırılmasına və real iş mühitinə daha yaxşı hazırlanmasına əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay