A

Texnologiya və dizayn fakültəsində, “Humanitar fənlər” kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tələbə elmi konfransı keçirilmişdir.

Konfrans “Humanitar fənlər” kafedrasının tələbə elmi dərnəyinin rəhbəri Hümeyrə Mustafayeva tərəfindən təşkil olunmuşdur. Texnologiya və dizayn fakültəsinin dekanı Vəkil Hüseynov dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında və 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi ilə əlaqədar imzaladığı sərəncamların ictimai-siyasi əhəmiyyətindən danışdı.

Eyni zamanda konfransda dərnəyin tələbələri AXC-nin mövcud olduğu illərdə əsrlər boyu Azərbaycan xalqının tolerant ənənələrini davam etdirərək, ölkədə tolerant mühiti formalaşdırmasından, dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyinin verilməsindən, müasir Azərbaycan Respublikasının varis olaraq multikultural dəyərlərin davam etdirməsindən bəhs etmişdir.

Konfrans suallar və müzakirələrlə davam etmişdir.

TOP XƏBƏRLƏR