A

UNEC Tələbə Elmi Cəmiyyətinin Ekspertiza və Standartlaşdırma fakültəsi üzrə heyətinin təşkilatçılığı ilə “Standartlaşdırma müasir iqtisadiyyatın açarıdır” mövzusunda elmi seminar keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ekspertiza və Standartlaşdırma fakültəsinin dekanı, dosent Tofiq Osmanov çıxış etmişdir. Seminarda “Standartlaşma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanovun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Arzu İbrahimovanın, Azərbaycan Texniki Universitetinin müəllimi Həsən Vəliyevin və UNEC-in Tələbə Elmi Cəmiyyətinin sədri Nərmin Heydərovanın çıxışları dinlənilmişdir.

Daha sonra tələbələr təqdimatlarla çıxış etmişlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay