A

UNEC-də Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən kolleclərin müəllimlərinə “Sahibkarlığın əsasları” mövzusunda təlimlər keçirilir.

Müəllimlərlə görüşən UNEC-in Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov bildirib ki, universitetdə təlimlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb. 5 gün ərzində UNEC-in dosentləri Məhəmməd Əliyev, Niyazi Həsənov və Aytən Hüseynli 37 kollecdən 50 müəllimə sahibkarlıq mühiti, kiçik və orta sahibkarlıq fəaliyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq fəaliyyətində risklər, vergiqoyma və bu istiqamətdə digər mövzularda təlimlər keçəcəklər.

Təlim iştirakçılarına bildirilib ki, onlar IV tədris binasında fəaliyyət göstərən kitabxana ilə yanaşı, 24/7 kitabxanasından da istifadə edə biləcək, eyni zamanda, zəruri olan materiallarla təmin olunacaqlar.

Qeyd edək ki, sözügedən təlimlər “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunmuşdur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay