A

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının Gənc Maliyyəçilər Tələbə Elmi klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan elmi seminar keçirilib.

“Azərbaycan iqtisadiyyatının maliyyə təminatının gücləndirilməsində Heydər Əliyev siyasətinin rolu” mövzusuna həsr olunan elmi seminarda tələbələr Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafındakı rolu barədə təqdimatlarla çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ölkədə vergi siyasətinin formalaşdırılması, maliyyə təminatının gücləndirilməsi, milli gəlirin artırılması, yol infrastrukturunun genişləndirlməsi, o cümlədən tolerantlıq və multikulturalizm ideologiyasının formalaşdırılması istiqamətində gördüyü böyük işlərdən söz açıblar.

Təqdimatlardan sonra “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov elmi konfransların təşkil olunmasının tələbələrdə təhlil və araşdırma bacarığının artırılması, natiqlik qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib. Ulu Öndərin Azərbaycan xalqı üçün qüdrətli və sarsılmaz bir dövlət miras qoyduğunu diqqətə çatdıran professor, bu dahi şəxsiyyətin irsinin öyrənilməsinin hər bir Azərbaycan gəncinin mənəvi borcu olduğunu qeyd edib. Ə.Ələkbərov tələbələrə Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın beynəlxalq miqyasda tanınması istiqamətində bu müdrik siyasətçinin imzaladığı fərmanların mahiyyətini açıqlayıb.

Sonda tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay