A

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə, təhsil nazirinin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in strateji planı təsdiq olunub. Strateji plana uyğun olaraq, UNEC-də elmi seminar keçirilib.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov bildirib ki, seminarın məqsədi “Maliyyə” ixtisası üzrə ali təhsil proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasıdır. Professor “Maliyyə” ixtisası üzrə tədris olunan fənlərə “Alternativ bankçılığ”ın (İslam bankçılığı) əlavə edilməsi barədə müzakirələrin aparılmasının vacibliyindən danışıb. Bu fənnin tələbələrə qazandıracağı biliklər, tətbiq istiqamətləri haqqında fikir mübadiləsinin aparılmasının faydalı olacağını qeyd edib.

Tədris-metodiki mərkəzinin direktoru, dosent Eldar Azadov maliyyə ixtisasına daxil olan fənlərin dəyişdirilməsi, yeni fənlər üzrə tədris planının formalaşması barədə iştirakçılara məlumat verib.

Seminarda BERC Group şirkətinin maliyyə meneceri Samir Ağayev “Alternativ bankçılıq” barədə təqdimatla çıxış edib. O, alternativ bankçılığın əhəmiyyəti, ənənəvi bankçılıqdan fərqi və fəaliyyət prinsiplərindən danışıb.

Seminar müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay