×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Texnologiya və dizayn fakültəsində “Dizayn” kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “İmadəddin Nəsimi yaradıcılığında bədii-estetik baxışlar” adlı elmi-seminar keçirilib.

Seminarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Möhsün Nağısoylu, fakültənin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Fakültə dekanı, professor Vəkil Hüseynov Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın hər yerində yüksək səviyyəli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rektor gənclərin xalqımızın tarixi şəxsiyyətlərini yaxından tanıması baxımından ali təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Professor Möhsün Nağısoylu dahi şair Nəsimiyə verilən böyük dəyərdən və onun poeziyasından söz açıb. Azərbaycan şairinin adının Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkildiyini qeyd edən professor, şairin mürəkkəb və ziddiyyətli bir həyat yolu keçdiyini, onun Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu vurğulayıb.

Tədbirdə UNEC-in “Dizayn” kafedrasının müəllimi Əli Əliyev Nəsimi yaradıcılığından haqqında geniş şöhbət açaraq, şairin qəzəllərində mövcud olan estetikliyin vəhdətindən, onun yaradıcılığında bütövlükdə insan gözəlliyinə və qüdrətinə heyranlığı barədə danışdı.

Sonda tələbələr İmadəddin Nəsiminin qəzəllərini səsləndiriblər.

TOP XƏBƏRLƏR