A

UNEC və Suraxanı Maşınqayırma zavodu Törəmə Açıq Səhmdar Cəmiyyətin birgə təşkilatçılığı ilə “Müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.

UNEC-in “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyev, kafedranın dosenti Sahib Məmmədov, ASC-nin iqtisadi xidmət strukturlarının rəhbər işçiləri və mütəxəssislərinin iştirak etdiyi tədbirdə ixrac potensialının formalaşması və inkişafını müəyyən edən əsas amillərdən danışılıb. İxrac potensialından istifadənin daha səmərəli istiqamətinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı və ekoloji siyasətin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Sonda müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması ilə əlaqədar əməli təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay