A

UNEC-də Maliyyə bazarlarının inkişafına həsr olunan tədbir keçirilib.

“Maliyyə və maliyyə institutları” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə kafedra müdiri, professor Əvəz Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən söz açıb. Bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Sonra kafedranın professoru Elnur Sadıqov “Azərbaycanda maliyyə bazarlarının inkişafı” mövzusunda çıxış edib. O, qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi məqsədilə UNEC-də silsilə tədbirlərin keçirildiyini bildirib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın və Turanbankın nümayəndələri maliyyə bazarlarının inkişafına təsir edən amilləri açıqlayıblar. Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qiymətli kağızlar bazarı barədə məlumatlılığın artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə UNEC-də təlimlər və sertifikat proqramları təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay