A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində növbəti elmi seminar keçirilib.

Seminarda “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Mirsahib Eminov “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusu ilə çıxış edib. Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə 4 istiqamətin mövcud olduğunu deyən məruzəçi onları təhlil edərək, Azərbaycanın icbari tibbi sığorta sistemində tətbiqi imkanlarını açıqlayıb. Azərbaycanda icbari tibbi sığortada iki xidmət paketinin təklif ediləcəyi, birinci zərf üçün tələb olunan 29 manatlıq vəsaitin dövlət hesabına qarşılanacağı, əlavə xidmətlər paketinin isə 2% əmək haqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyi qeyd olunub.

Təqdimatdan sonra fakültə dekanı dos. Asiman Quliyevin, “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri dos. Əli Hacıyevin, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri prof. İrşad Kərimovun və seminarda iştirak edən fakültə tələbələrinin səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, maliyyə mənbələri, dövlət büdcəsindən icbari sığortaya ayrılan vəsaitin məbləği, adambaşına düşən tibbi sığorta xərcləri və mövzu ilə bağlı digər suallar ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR