A

UNEC-də "Keyfiyyət ili" çərçivəsində professor-müəllim heyəti üçün “İKT sahəsində istifadəçi bacarıqlarının təkmilləşdirilməsi" mövzusunda təlimlərə start verilib.

Təlimlər yanvar ayının 21-24 tarixlərində UNEC-in "Rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları" kafedrasının baş müəllimləri Ülviyyə Rzayeva və Reyhan Əzizova tərəfindən keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd İKT sahəsində zəruri biliklərin əldə olunması, istifadəçi bacarıqlarının formalaşdırılması və yüksəldilməsindən ibarətdir. 4 günlük təlimlərdə professor-müəllim heyəti rəqəmsal mühitin istifadəçilər qarşısında açdığı imkanlar, tədris prosesinin elektron formada idarə olunması zamanı ortaya çıxan problemlər və onların həlli ilə bağlı məlumatlandırılacaqlar. Həmçinin ofis texnologiyalarının tətbiqi ilə tədrisdə istifadə olunan didaktik və metodik materialların təşkili, elektron cədvəllərdə məlumatların axtarışı və şəbəkədə informasiyanın təhlükəsizliyi ilə tanış olacaqlar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay