A

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun 10 illik yubileyinə həsr olunan yekun tədbir keçirilib.

Tədbirdə UNEC-in professor-müəllim heyəti, mütəxəssislər və doktorantlarla birlikdə BDU, o cümlədən BDU nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və AMEA-nın İqtisadiyyat İnstitutu, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar  Elmi Tədqiqat İnstitutu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Tədbirdə Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov Elmi institutun yaradılması, 10 illik fəaliyyəti və əldə etdiyi uğurlar barədə qısa məlumat verib.

Sonra İAETİ-nun  direktoru, professor Yadulla Həsənli “Azərbaycanın xərclər-buraxılış modeli: simulyasiyalar” mövzusunda çıxış edərək, sahələrarası balans cədvəllərinin yaranma tarixi və tətbiqləri, həmçinin metodologiyasından danışıb.  Eyni zamanda Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-cı il üzrə tərtib etdiyi hesabat cədvəlləri əsasında işlənilən Xərclər- Buraxılış modeli, Tarazlı qiymətlər modeli və əmək balansı modellərinin simulyasiyalarını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvü, professor Akif Musayev həmin cədvəllərin tərtib olunması və bu modellərdən istifadə edərək hesabat və planlaşdırmada tətbiq olunmasının əhəmiyyətindən danışıb. Professor bu istiqamətdə tədqiqatların davam etdirilməsinin və iqtisadi siyasətin həyata keçirilməsində həmin modellərin nəticələrindən istifadə olunmasının vacibliyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay