A

Texnologiya və dizayn fakültəsinin elmi fəaliyyətinin hesabatı dinlənilib.

Tədbirdə UNEC-in Elmi və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov, fakültənin dekanlığı, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-in tədqiqat universitetinə çevrilməsi ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.  Prorektor universitetin tədqiqatçı alimləri tərəfindən xarici ölkələrdə, o cümlədən impakt faktorlu jurnallarda nəşr etdirdikləri məqalələrdən söz açaraq, UNEC-in Webometrics reytinq təşkilatının 2020-ci ilin yanvar ayında açıqladığı “Şəffaflıq Reytinqi – Google akademik istinadlarına görə ən yaxşı universitetlər” reytinqində Azərbaycanda lider olduğunu qeyd edib.

Sonra fakültə dekanı, professor Vəkil Hüseynov fakültə nəzdində fəaliyyət göstərən kafedralarda yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələri barədə hesabat verib. Hesabatda fakültənin keçirdiyi elmi tədbirlər, kafedralar tərəfindən nəşr edilmiş elmi əsərlər, impakt faktorlu jurnallarda çap olunan məqalələr barədə məlumat verilib. Həmçinin fakültənin növbəti illərdə qarşısında duran vəzifələri və hədəfləri açıqlanıb.

Tədbirdə müvafiq kafedraların müdirləri rəhbəri olduqları kafedraların illik elmi fəaliyyəti barədə çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay