A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin koordinatorluğu ilə universitetin pedaqoji heyətinə Avropa Komissiyasının "Horizon Avropa" proqramı çərçivəsində təqdim olunan proqramların istiqamətləri və açıq çağırışlar üzrə maarifləndirici vebinarlar keçirilib. 

Vebinarlarda Avropa İttifaqının Horizon proqramı çərçivəsində maliyyələşdirilən COST (The European Cooperation in Science and Technology) təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi İlham Hümbətov  maliyyələşdirmə imkanları, partnyorlarla əlaqələrin qurulması, tədbirlərdə və konfranslarda iştirak etmək, yay və qış məktəbləri mövzularında çıxış edib.

Horizon Avropa Maria Sklodovska-Küri proqramı üzrə Milli əlaqələndiricisi Zaur Həsənov isə proqramın isitqamətləri, maliyyələşdirmə və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafı istiqamətləri haqqında geniş məlumat verib. 

UNEC-in 50-dək müəlliminin iştirak etdiyi vebinarlarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay