A

UNEC-də “Qarabağ regionunun bərpa və dirçəliş konsepsiyası mərhələləri və prioritetlər” mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbirin açılışında İqtisadiyyat fakültəsinin dekanı, dos. Asiman Quliyev Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən söz açaraq, reallaşmalı olan beş milli prioritetin arasında işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə təsdiq olunmuş tədbirlər planına töhfə vermək məqsədilə elmi konfransların, müzakirələrin aparılmasının əhəmiyyətli olacağını bildirib.

DQƏTM-in direktor müavini, UNEC Qadınlar Şurasının sədri dos. Təranə Kərimova tədbir iştirakçılarına Qarabağda başlanan yenidənqurma, bərpa və dirçəliş prosesləri barədə ətraflı məlumat verdi.

Sonra məruzələr dinlənildi. İlk öncə "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri, professor Məhiş Əhmədov "İşğaldan azad edilmiş Qarabağın regionlarının bərpa və dirçəliş strategiyasının prioritetləri", "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının müdiri, professor Əli Əlirzayev "İşğaldan azad olmuş regionların iqtisadi - sosial inkişaf problemləri və mexanizmləri", "Beynəlxalq iqtisadiyyat" kafedrasının müdiri, professor İrşad Kərimli "Qarabağ regionunun dirçəliş yolu: beynəlxalq investisiya əməkdaşlığına yeni yanaşma", Magistratura Mərkəzinin direktoru, professor Qabil Manafov “İşğaldan azad olmuş torpaqların bərpasının inkişaf prioritetləri”, UNEC-in magistrı, YAP Gənclər Birliyinin üzvü Aslan Əzimzadə isə “Milli prioritetlər kontekstində işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyası” mövzusunda çıxış etdilər.

Çıxışlar ətrafında geniş müzakirələr aparıldı.

Konfransın sonunda İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova konfransa təqdim olunan məruzələrin nəticələrini səsləndirib.

KONFRANSIN VİDEOSUNU TƏQDİM EDİRİK:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay