A

UNEC Rəqəmsal Marketinq Mərkəzi və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "DigiTalks" layihəsinə start verilib. Layihənin əsas məqsədi Azərbaycanda rəqəmsal mühitin təhlili, eləcə də rəqəmsal marketinq haqqında ən son yenilikləri cəmiyyətlə paylaşmaq, mütəxəssislərin təcrübələrini izləyicilərə çatdırmaqdır.

Layihənin ilk qonağı "İRŞAD" şirkətinin rəqəmsal marketinq meneceri Tural Rüstəmli olub. UNEC Rəqəmsal Marketinq Mərkəzinin direktoru, rəqəmsal marketinq mütəxəssisi Ramil Cabbarovun moderatorluğu ilə təşkil edilən canlı yayımda Google və Facebook reklamları, hədəfləmə strategiyaları, reklamlarda xətalar və imtina səbəbləri, effektiv büdcə strategiyaları kimi bir çox məqamlara toxunulub. 

O cümlədən, canlı yayımı izləyən ölkənin peşəkar rəqəmsal marketinq mütəxəssisləri də öz fikirlərini paylaşıblar. Yayım boyunca rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlərə də istiqamətverici tövsiyələr çatdırılıb.

Yayımın video yazısını linkdən izləmək mümkündür: 

TOP XƏBƏRLƏR