A

UNEC-in Mühəndislik və Biznes və menecment fakültələrinin birgə təşkilatçılığı ilə “Bərk məişət tullantılarının çeşidlənməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov fakültədə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. O, tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində təşkil olunduğunu, son illər ərzində bərk məişət tulllantılarının idarə edilməsinin qlobal ekoloji problemlərin həllinə və ekoloji tarazlığın təmin edilməsinə yönəldiyini diqqətə çatdırıb.

 Sonra Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Zərdabi Nağıyev “Bərk məişət tullantılarının çeşidlənməsi” mövzusunda təqdimatla çıxış edib. O, məişət tullantılarının məsuliyyətsiz yanaşmanın yaratdığı ekoproblemlərdən, xəstəlik yaradan amillərin artmasından,  eləcə də torpaqda, suda, havada və ən əsası insan sağlamlığında bərk tullantıların yaratdığı fəsadlardan bəhs edib. Bərk tullantılarının emalının insan sağlamlığının və ətraf mühitin qorunmasına müsbət təsirləri barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Təmiz şəhər ASC-nin şöbə müdiri Arif Kərimov təmsil etdiyi cəmiyyətin 2009-cu ildən etibarən fəaliyyət göstərdiyini,  bərk məişət tullantılarının idarə edilməsi və çeşidlənməsi istiqamətində görülən işləri, bu sahədə mövcud olan beynəlxalq təcrübə mübadiləsini iştirakçıların diqqətinə çatdırıb.

Biznes və menecment fakültəsinin baş müəllimi Hicran Muradova, Türkiyənin Artvin Çoruh Universitetinin Çevrə mühəndisliyi bölüm başkanı Doç. Dr. Ayla Bilgin, Azərsun Holdinq MMC-nin laboratoriya direktoru Cəmil Ələkbərov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri, professor Rövnəq Rzayev və başqaları mövzu ətrafında fikirlərini bölüşərək əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində təkliflərlə çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay