A

UNEC-də "Maliyyə və maliyyə institutları "kafedrasının Gənc Maliyyəçilər Tələbə Elmi klubunun təşkilatçılığı ilə “Azərbaycanda maliyyə sektorunun inkişafı: işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılması və sahibkarlığın inkişafının əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Onlayn keçirilən tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak etdilər.

Kafedra müdiri, professor Əvəz Ələkbərov işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün fəaliyyətin bir neçə mərhələdə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmin ərazilərdə investisiya mühitinin formalaşdırılması və maliyyə sektorunun inkişafının təmin edilməsi məqsədilə, bu sahədə innovativ metodların tətbiqinin vacibliyini diqqətə çatdırıb. Ə.Ələkbərov tələbələrin öz sahələri üzrə tədqiqat aparmalarını yüksək qiymətləndirərək, onların gələcəkdə peşəkar mütəxəssis kimi yetişmələrində tədqiqat bacarıqlarının mühüm rol oynayacağını bildirib.

Sonra tələbələr işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılması və sahiblarlığın inkişafının müxtəlif istiqamətləri üzrə təqdimatlarla çıxış etdilər. Təqdimatlarda işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılmasında innovativ metodların tətbiqindən, eləcə də ölkə və dünya təcrübəsindən bəhs olunub, onun maliyyə sektorunun inkişafına və maliyyə dayanıqlığının təmin olunmasına təsirləri açıqlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay