A

UNEC KİM 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova Ümumrusiya Kitabxanaları Konqresi çərçivəsində “Dünya kitabxanaları Assosiasiyası”nın (БАМ) təşkil etdiyi “Kitabxana 2030. Dünya dəyişib, bəs BİZ?” mövzusunda onlayn formatda keçirilən dəyirmi masada iştirak edib.

Arzu Məmmədova 25 xarici ölkə kitabxana assosiasiyaları rəhbərlərinin iştirak etdiyi dəyirmi masaya “Azərbaycan kitabxanaları pandemiya dövründə. Qarabağ kitabxanalarının dirçəlişi” adlı məruzəsi ilə qatılıb.

Məruzədə Azərbaycan kitabxanalarının pandemiya dövründəki fəaliyyətindən bəhs olunub, erməni işğalçıları tərəfindən Qarabağ kitabxanalarının tamamilə məhv edilməsi və həmin kitabxanaların bərpası istiqamətində atılan addımlardan danışılıb. Məruzəçi İFLA – Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyanın yeni seçilmiş prezidenti xanım Barbara Lizona Qarabağ kitabxanalarının bərpasına dəstək olması təklifi ilə çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay