A

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Beynəlxalq sərgi-yarmarkada Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya  Mərkəzi də öz stendi ilə təmsil olunub. Stenddə UNEC KİM-in fonduna daxil olan müxtəlif çap məhsulları, o cümlədən, UNEC alimlərinin Azərbaycan, rus, ingilis, türk dillərində nəşr olunmuş əsərləri, tərcümə ədəbiyyatları, beynəlxalq nəşrlər və tədris prosesində istifadə olunan digər əyani vəsaitlər nümayiş olunub.

Sərginin açılış mərasimində iştirak edən Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah və digər rəsmilər UNEC-in stendi ilə də tanış olublar. Təhsil naziri Emin Əmrullayev Klaus Şvabın “Dördüncü sənaye inqilabı” kitabının UNEC tərəfindən Azərbaycan dilinə tərcümə olunmasını yüksək qiymətləndirib. UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva ziyarətçilərə stenddə nümayiş olunan nəşrlər barədə məlumat verib.

UNEC stendində təşkil edilmiş Qarabağ guşəsi də yerli və xarici ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Sərgi oktyabrın 10-dək davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay