A

UNEC-də “Azərbaycan Respublikasının təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində büdcə vəsaitlərinin rolu" mövzusunda elmi seminar keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı təsdiqlənən UNEC-in tədbirlər planı çərçivəsində "İqtisadiyyat" (rus dilində) kafedrası və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə kafedranın baş müəllimi Fidan Əsgərova ölkənin iqtisadi və milli təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən söz açaraq, bu istiqamətdə dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlərdən danışıb. Dövlət auditinin, xüsusilə də Hesablama Palatasının Azərbaycanın büdcə xərclərinin müəyyənləşdirilməsində, səmərəliliyinin artırılmasında və iqtisadi təhlükəsizliyin təmin edilməsindəki rolunu vurğulayıb.

Sonra Rus İqtisad Məktəbinin direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov və "İqtisadiyyat" (rus dilində) kafedrasının müdiri dosent Sevinc Abbasova, dosentlər Rauf Quşxani, Eldar Quliyev, baş müəllim Tahirə Kərimova və digərləri çıxış edərək, milli təhlükəsizliyin artıq daha geniş mənalarda istifadə olunmasından və iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, kiber təhlükəsizlik və s. sahələr üzrə dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadə edilməsinin vacibliyindən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay