A

UNEC-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan vebinar keçirilib.

Tədbirdə "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri prof. Məhiş Əhmədov  müstəqillik illərində ölkəmizin keçdiyi uğurlu inkişaf yolu və sosial-inkişaf  konsepsiyası barədə ətraflı məlumat verərək, milli iqtisadiyyatımızın dünyada tanınan tənzimləmə modelindən bəhs edib.

Sonra mövzu ətrafında "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının baş müəllimi Səbuhi Tanrıverdiyev çıxış edərək Azərbaycanda müstəqillik illərində azad bazar iqtisadiyyatının formalaşması, kiçik və orta sahibkarlığın ilkin hüquqi bazasının yaradılması, torpaq islahatları, xüsusi mülkiyyətin yaradılması və özəlləşdirmə prosesləri, monetar siyasət, xarici-iqtisadi siyasət, makroiqtisadi göstəricilərin hazırki statistikası, ümumilikdə son illərdə milli iqtisadiyyatın inkişaf xronologiyasından danışıb.

Növbəti məruzə ilə kafedranın dosenti Ələddin Hacılı çıxış edərək, ölkəmizdə müstəqilliyin qorunmasının vacibliyindən söz açıb. Məruzəçi qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri və bu sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyi haqqında məlumat verib.

Vebinarı izləyə bilərsiniz

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay