A

UNEC-də  Mühəndislik və tətbiqi elmlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda qida təhlükəsizliyi mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda vebinar keçirilib.

Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı təsdiqlənən UNEC-in tədbirlər planı çərçivəsində təşkil olunan tədbirdə kafedranın müdiri professor Rövnəq Rzayev müstəqillik illərində institusional islahatlar, regionların inkişafı, aqrar məsələlər, xüsusi ilə qida təhlükəsizliyi haqqında məsələlərdən söz açıb. Ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafın perspektivləri barədə iştirakçılara məlumat verib.

Sonra Qida mühəndisliyi kafedrasının müdiri dosent Mehriban Məhərrəmova, kafedranın dosenti Elsevər Fərzəliyev və AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşı professor Fəridə Qəhrəmanova mövzu ilə bağlı çıxış ediblər.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Müzakirələrdə dosentlər Svetlana Abdullayeva, Xalıq Həşimov, Nazim Həsənov və digərləri qeyri neft sektorunun, xüsusilə qida sənayesinin inkişafının əhəmiyyətindən danışıblar. İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış infrastrukturun, eləcə də, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq sahələrinin  inkişaf etdirilməsi və bu sahələrin bərpası üçün elm adamlarının potensial imkanlarından və bu istiqamətdə verə biləcəyi töhfələrdən bəhs ediblər.

Sonda qida təhlükəsizliyi ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla birgə aparılması təklif olundu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay