A

UNEC-də "İnstitusional amilin qərarların verilməsinə təsiri” mövzusunda onlayn seminar keçirilib.

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təşkilatçılığınin birgə keçirdiyi seminarı giriş sözü ilə açan  şöbə müdiri Rəna Hüseynova mərkəzin fəaliyyətindən danışıb, seminarın aktual və maraqlı mövzuya müraciət etdiyini qeyd edib.

UNEC  Koqnitiv İqtisadiyyat  Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov koqnitiv iqtisadiyyatın Qarabağın sosial-iqtisadi inkişafının bərpasına verə biləcəyi töhfələrdən danışıb.

Seminarın məruzəçisi UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbər müavini, ABŞ Auburn Universitetinin Aqrobiznes və Eksperimental İqtisadiyyat üzrə professor assistenti Samir Hüseynov institusional amilin qərarların verilməsinə təsiri barədə məruzə ilə çıxış edib. Məruzəçi sistemin mükəmməllik amilinin, eləcə də qanunların sərtliyinin cəmiyyətin təfəkküründəki təsiri barədə iştirakçılara ətraflı məlumat verib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay