A

UNEC-də “Müstəqillik dövründə Azərbaycanda mühasibat uçotu və hesabatın inkişaf meylləri” mövzusunda tədbir keçirilib.

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan tədbir “Mühasibat uçotu və audit” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Kafedranın müdiri, professor Sifariz Səbzəliyev 2018-ci ildə “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərin bu sahəyə gətirdiyi yeniliklərdən danışıb. Qanunda edilən dəyişikliklər nəticəsində ölkədə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun olaraq aparıldığını diqqətə çatdıran kafedra müdiri, Qanuna edilən daha bir mühüm dəyişikliyin peşəkar mühasib anlayışının gətirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb. O, UNEC-də mühasibat uçotu fənninin tədrisinin müasir tələblərə uyğunlaşdırıldığını bildirib.

Sonra maliyyə və mühasibat fakültəsinin dekanı Hafiz Hacıyev və tədbirin digər iştirakçıları mövzu ilə bağlı məruzələrlər çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay