A

UNEC-də “Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasının nəticələri, problemləri və imkanları” mövzusunda dəyirmi masa keçirilib.

İqtisadi nəzəriyyə kafedrasında keçirilən tədbir “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu il dönümü”  ilə bağlı təsdiqlənən UNEC-in Tədbirlər Planı çərçivəsində baş tutub.

Kafedra müdiri professor Əlican Babayev tədbirdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərindən bəhs edib. Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycanın iqtisadiyyatın bütün sahələri üzrə kompleks islahatlar həyata keçirərək pandemiya şəraitində müvazinətini qoruyub saxlamasını və nəzərəçarpacaq nəticələrə imza atmasını, ilk növbədə, möhkəm bazisə söykənən inkişaf modeli ilə şərtləndiyini deyib.

Sonra kafedranın müəllimləri mövzu ilə bağlı çıxış ediblər. Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay