A

UNEC-də Dövlət Müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunan növbəti elmi seminar keçirilib.

Biznesin idarə edilməsi kafedrasının keçirdiyi tədbirdə kafedra müdiri dosent Məhəmməd Əliyev “İqtisadi potensialdan səmərəli istifadə sahəsində dövlət-xüsusi biznes tərəfdaşlığının idarəetmə mexanizmləri” mövzusunda çıxış edib. Məruzədə ölkəmizdə son 30 ildə əldə olunan iqtisadi uğurlardan bəhs olunub. Dövlət və özəl sektor arasında tərəfdaşlığın yüksək səviyyəyə çatmasının, ölkə iqtisadiyyatında sabitliyin təmin olunmasının dayanıqlı inkişafa verdiyi töhfələr vurğulanıb.

Tədbir kafedranın müəllimlərinin müzakirələri ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay