A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təşkilatçılığı ilə “Bazar iqtisadiyyatında ayrıseçkiliyə yer varmı?” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova UNEC Koqnitiv İqtisadiyyat  Tədqiqat Mərkəzinin tədqiqatçısı, seminarın məruzəçisi İngiltərənin Portsmut Universitetinin İqtisadiyyat fakültəsinin assistent professoru Dr. Zəhra Murad barədə məlumat verib. UNEC ictimaiyyəti qarşısında ilk təqdimatla çıxış edəcəyini qeyd edən şöbə müdiri, gələcək fəaliyyətində tədqiqatçıya uğurlar arzulayıb.

UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov mövzunun aktuallığına diqqət çəkərək, bazar iqtisadiyyatı şəraitində yer alan ayrıseçkiliyin ənənəvi, liberal, klassik iqtisadiyyat kontekstində deyil, məhz koqnitiv iqtisadiyyatı, davranış iqtisdiyyatı kontekstində baxılacaq bir mövzu olduğunu qeyd edib.

Seminarın məruzəçisi UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin tədqiqatçısı, Dr. Zəhra Murad  müxtəlif kateqoriyalı insanlara qarşı ədalətsiz və ya qərəzli rəftar kimi qəbul edilən diskriminasiya və ya ayrıseçkiliyin uzun illər sosiologiya və siyasət elmində maraq doğuran mövzulardan biri olduğunu bildirib. İqtisadiyyatı sosial problemlərlə birləşdirmək ideyasının banisi Garry Bekkerin  həyat və fəaliyyətindən söz açan məruzəçi Bekkerə qədər sosiologiyada ayrıseçkiliyin zövqə əsaslanan qərəz kimi qəbul edildiyini, bunun niyə baş verdiyini izah etmək üçün sosiologiyada bir çox nəzəriyyələrin mövcud olduğunu bildirib.

Sonda UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova Koqnitiv İqtisadiyyat  Tədqiqat Mərkəzinin strukturunda 3 xarici ölkədən – İngiltərə, ABŞ, İsraildən tədqiqatçıların yer aldığını vurğulayaraq, Mərkəzin gələcək inkişafında xarici təcrübənin öyrənilməsi baxımından bu faktorun əhəmiyyətli yer alacağını qeyd edib.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanıb. Seminarı aşağıda qeyd olunan linkə keçid etməklə izləyə bilərsiniz.

https://www.facebook.com/101090375171032/videos/488821275580410

TOP XƏBƏRLƏR