A

UNEC-də “İqtisadi artım ətraf mühitin çirklənməsinə necə təsir edir: Azərbaycan nümunəsində empirik təhlil” mövzusunda onlayn seminar keçirilib.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi müdiri Rəna Hüseynova bildirib ki, seminar N.Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin ilk tədbiridir.

N.Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Gülnar Mirzəyeva mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, əsas məqsəd yaşıl iqtisadiyyatın və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi istiqamətində təhsili təşviq etmək və bu sahədə araşdırma aparan tələbələri və tədqiqatçıları bir araya gətirəcək platforma yaratmaqdan ibarətdir.

Seminarın məruzəçisi, mərkəzin tədqiqatçısı, İstanbul Universitetinin doktorantı Cavid Süleymanlı təqdimatla çıxış edərək, ölkələrin inkişaf səviyyəsinin ətraf mühitə təsirindən danışıb. Kuznets əyrisinin iqtisadi inkişaf dövründə adambaşına düşən gəlirə qarşı iqtisadi bərabərsizliyi qrafiklə əks etdirən fərziyyə əyrisi olduğunu qeyd edən məruzəçi, ətraf mühitin çirklənməsinin gələcəkdə insanın həyatına mənfi təsirlərindən də söz açıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminar facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay