A

22 dekabr 2021-ci il tarixində UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə “Müasir tədqiqatlarda statistik proqram paketlərindən istifadənin üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, müasir tədqiqat işlərinin yerinə yetirilməsində verilənlərin yığılması, analizi, modellərin qurulması statistik proqramlar vasitəsilə həyata keçirilir. Şöbə müdiri vurğulayıb ki, məhz bu səbəbdən statistik proqramlardan istifadənin öyrənilməsi artıq günümüzün tələbinə çevrilib.

Seminarın məruzəçisi, Analitik-İnformasiya Resursları Mərkəzinin tədqiqatçısı Elnur Rüstəmov R, Python, Eviews, SPSS, STATA proqramları haqqında məlumat verərək bildirib ki, ümumi statistika proqram paketləri güclü, zəif və işləmə baxımından əhəmiyyətli dərəcədə fərqlənirlər. Proqramlaşdırma dilləri arasında oxşar və fərqli cəhətlərin olduğunu qeyd edən məruzəçi iqtisadiyyat sahəsində aparılan tədqiqatlarda ən çox STATA proqramından istifadə edildiyini bildirib. STATA verilənlərin idarə olunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malik olduğu üçün biznes qurumlarnın və elmi müəssisələrin bu proqramın öyrənilməsinə daha çox səy göstərdiklərini vurğulayıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi həm ZOOM, həm də facebook üzərindən ona ünvanlanan sualları cavablandırıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

SEMİNARI İZLƏYƏ BİLƏRSİNİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay