×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Elm Festivalı-2022 tədbirlər planı çərçivəsində Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Dəyirmi masada elmin populyarlaşdırılması üçün nə etməli mövzusu ətrafında müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan kafedra müdiri dos. Altay İsmayılov elmin populyarlaşması istiqamətində atılmalı olan addımlardan söz açıb, sonra isə gənclərin elmə marağının artırılmasında stimulun, yeni yanaşmanın vacibliyini diqqətə çatdırıb. Həmçinin bu istiqamətdə elm adamlarının üzərinə düşən vəzifələr və “rol model” anlayışı üzərində dayanıb. 

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dos. İsa Qasımov təhsil-tədqiqat-innovasiya proseslərində stimullaşdırıcı ardıcıllığın təmin olunmasının elmin inkişafındakı rolundan bəhs edib. O, apardığı tədqiqatların nəticələrinə əsaslanaraq, elm-təhsil-biznes əməkdaşlığının elmin inkişafında mümkün rolları haqqındakı göstəriciləri dəyirmi masa iştirakçıları ilə paylaşıb. Bildirib ki, Texnologiyanın Transferi və Kommersiyalaşdırılması Platformasının istifadəyə verilməsi elmi tədqiqatların stimullaşdırlmasına və davamlı inkişafına faydalı töhfələr verə bilər.

Daha sonra hazırda ABŞ-ın İndiana Universitetində tədqiqatçı kimi fəaliyyət göstərən UNEC-in müəllimi Xətai Alıyev elmi-tədqiqatlara marağın artırılması və gənclərin bu istiqamətə yönləndirilməsində sistemli yanaşmanın tətbiqinin vacibliyindən danışıb. O, xüsusilə universitetlər nəzdində tədqiqatçı və tədqiqatçı köməkçisi vəzifələrinin formalaşdırılması, hər il müəyyən sayda gənc magistrant və doktorantların rəqabətli seçim əsasında ödənişli olaraq bu vəzifələrə cəlb edilməsi, ölçüləbilən meyarlar əsasında attestasiyaların keçirilməsi kimi fəaliyyətlərin elmin populyarlaşmasında effektiv olacağını qeyd edib. Sonda  universitetlərin öz büdcələrindən qrant müsabiqələrinin keçirilməsinə vəsait ayırmasının  əhəmiyyəti qeyd olunub.

Tədbir Beynəlxlaq İqtisadiyyat (ingilis dilli) kafedrasının dosenti İnara Rzayeva, Hüseyn Həsənov, Elnur İsayev, Emiliya Əhmədova və digərlərinin çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR