A

Yeni tədris olunan ixtisaslar üzrə beynəlxalq sertifikasiya təlimlərini uğurla bitirən UNEC müəllimlərinə sertifikatlar təqdim olunub.

2020/2021-ci tədris ilindən başlayaraq, ABŞ, Rusiya, Türkiyə, İsveçrənin aparıcı universitetlərinin mütəxəssislərinin keçdiyi təlimin birinci proqramında UNEC-də tədris olunan yeni 13 fənn üzrə 199 müəllim, ikinci proqramda isə 66 fənn üzrə 576 müəllim iştirak edib.

Təlimlərin sonunda iştirakçıların əldə etdikləri biliklərin attestasiyası aparılıb.

Birinci təlim proqramı üzrə keçirilmiş imtahanlarda sertifikat əldə etmək hüququnu qazanmış 63 nəfərdən - 12 nəfəri Artvin Çoruh Universitetinin, 27 nəfəri Yıldız Texniki Universitetinin, 24 nəfəri isə UNEC-in fənn üzrə müvəffəqiyyət sertifikatını qazanıb.

İkinci təlim proqramı üzrə isə 265 nəfər əməkdaş fənn üzrə müvəffəqiyyət sertifikatını əldə etmək hüququnu qazanıb. Onlardan 16 nəfəri Hacettepe, 58-i İstanbul, 10-nu Yıldız Tekniki Universitetinin, 181 nəfər isə UNEC-in fənn üzrə müvəffəqiyyət sertifikatını əldə edib.

Xatırladaq ki, UNEC-in təşkilatçılığı ilə müxtəlif ixtisaslar üzrə keçirilən təlimlərin məqsədi texniki və yeni fənlərin tədrisində beynəlxalq təcrübəni öyrənmək, müəllimlərin bu sahədə bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub.

TOP XƏBƏRLƏR