A

UNEC-də Elm festivalı çərçivəsində Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Ekonofizika Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Kosmos iqtisadiyyatının aktual problemləri” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova Elm festivalı çərçivəsində tədqiqat mərkəzləri tərəfindən təşkil olunacaq silsilə tədbirlər barədə məlumat verib.

UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri professor Şahlar Əsgərov “Kosmos iqtisadiyyatının aktual problemləri” mövzusunda təqdimatla çıxış edərək torpaq və su kimi səma və kosmosun da böyük yaşam potensialına malik olmasından danışıb, səma və kosmosa gedən yolun elm və təhsildən keçdiyini vurğulayıb. Torpaqdan fərli olaraq səma və kosmosun üç ölçüyə malik olması barədə ətraflı məlumat verən məruzəçi, Qarabağ zəfərində səmadan uğurla istifadə edildiyini bildirib.

Seminarın sonunda UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri prof. Arif Şəkərəliyev, Millət vəkili Etibar Əliyev, "T-Network"-un kordinatoru Cəfər Mənsimi, UNEC Ekonofizika Tədqiqat Mərkəzinin tədqiqatçısı dos. Səfər Raziyev, Pişəvari adına Humanitar fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və b. tərəfindən mövzu ilə bağlı səsləndirilən fikir və suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay