A

Elm festivalı çərçivəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasında “Süni intellekt və onun iqtisadiyyatı” mövzusunda tədbir keçirilib.

Tədbirdə kafedranın professoru Rəsul Balayev mövzu ilə bağlı təqdimatla çıxış edib. Məruzəçi süni intellekti insan qabiliyyət və imkanlarının genişləndirilməsi baxımından qiymətli biznes resursu kimi dəyərləndirib. O, süni intellektin əsas xüsusiyyətlərini açıqlayaraq, onun iqtisadiyyatda tətbiqinə dair faktları və mülahizələri seminar iştirakçılarının nəzərinə çatdırıb. 2025-ci ilə qədər Sİ bazarının həcminin 2016-cı illə müqayisədə 150 dəfə artaraq 59,7 milyard dollara çatacağı, 2022-ci ilin sonunda monoton işlərlə məşğul olan işçilərin 20%-inin Sİ-dən istifadə edəcəyi, 2025-ci ilə qədər müştərilərlə qarşılıqlı əlaqənin 85%-inin Sİ tərəfindən idarə olunacağı haqda beynəlxalq tədqiqat mərkəzlərinin ekspertlərinin, həmçinin 2019-cu ildə müxtəlif texnoloji proseslərlə əlaqəli təsərrüfat subyektlərinin 76%-nin Sİ elementlərini tətbiq edib və ya işləyib hazırlama mərhələsində olacağı haqda  dünyanın böyük konsaltinq şirkətlərinin proqnozlarını səsləndirib.

Təqdimatdan sonra fakültə dekanı, dos. Elman Cəfərov, kafedranın professoru Ə. Kərimov, ixtisas rəhbərləri, dosentlər T.Əliyeva və H. Cəfərovanın iştirakı ilə müzakirələr aparılıb.

Sonda elmi seminar iştirakçıları tərərfindən kafedrada yerinə yetirilən bakalavr buraxılış işlərinin və magistr dissertasiyalarının hazırlanmasında, həmçinin kafedranın professor-müəllim heyətinin gələcək tədqiqatlarında Sİ-nin tədqiqat obyekti kimi dərindən öyrənilməsi istiqamətində işlərin qenişləndirilməsi tövsiyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay