A

UNEC-in "İqtisadiyyatın tənzimlənməsi"kafedrasında “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”in reallaşdırılmasının mexanizmləri” mövzusunda onlayn dəyirmi masa keçirilib.

Tədbirdə kafedra müdiri prof. Məhiş Əhmədov növbəti 10 illik üçün (2021-2030) qəbul olunan 5 milli prioritetin hər birinin başlıca xarakterik cəhətlərini və reallaşma mümkünlüyünü, onları müəyyən edən başlıca amil və şərtlərin hərəkətverici qüvvələrini konkret materiallar, proqramlar əsasında ətraflı şərh edib. Məruzəçi çıxışında xüsusi vurğuladı ki, növbəti onillik üçün qəbul olunan milli prioritetlər son illərdə ölkəmizdə yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, infrastruktura, institusional bazaya, xüsusilə II Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olması nəticəsinda yaranan keyfiyyətcə yeni regional və beynəlxalq reallıqlara əsaslanaraq müəyyən edilib.

Müzakirələrdə dos. Azər Hüseynov növbəti onillik üçün qəbul olunmuş milli prioritetlərdə insan kapitalının inkişaf etdirilməsi və milli innovasiya sisteminin yaradılması zərurətini xüsusi vurğulayıb.

Milli Məclisin Komitə sədri dos. Sadiq Qurbanov isə yeni qəbul olunan milli prioritetlərin konkret reallıqlara söykəndiyini qeyd etməklə, o yaxın perspektivdə ölkəmizin “yaşıl iqtisadiyyata” keçməsinin zərurətini, imkanlarını və prioritetlərini şərh edib.

Sonda professor-müəllim heyətinə milli prioritetlərdən irəli gələn nəzəri-metodoloji, əməli problemlərin tədris prosesində və tədqiqat işlərində öz əksini tapması tövsiyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay