A

UNEC KİM-in 3 saylı kitabxanasının təşkilatçılığı ilə 12 aprel Beynəlxalq Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gənc alim və mütəxəssislərinin “Kosmosa açılan pəncərə” adlı elmi-populyar seminarı keçirildi.

Tədbirdə 3 saylı kitabxananın müdiri Nərminə Abdullayeva, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı tex.ü.f.d., dos. Elman Cəfərov Kosmonavtika günü barədə iştirakçılara məlumat veriblər.

Sonra AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər şurasının sədri Aynurə Həsənova “Astronomiyanın müasir tədqiqat istiqamətləri, əlamətdar astronomik hadisələr”, a.ü.f.d. böyük elmi işçi Ülkər Rüstəm Kosmonavtikanın tarixi, kosmik uçuşlar və kosmik teleskoplar”, Magistrant Aytac İskəndərova Azərbaycanda Astronomiyanın inkişaf yolu”, doktorant Cənnət Səmədov “Qara dəliklər və qaranlıq materiya” adlı maraqlı məruzələrlə çıxış ediblər.

Tədbirdən sonra qonaqlar UNEC KİM-in 3 saylı kitabxanası ilə yaxından tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay