A

UNEC-in Biznes və menecment fakültəsində TMİƏT şöbəsi, UNEC İslam Maliyyə Mərkəzi, Mİİ Mərkəzi və Biznesin idarə edilməsi kafedrasının təşkilatçılığı ilə “Professor Məmmədhəsən Meybullayevin xatirəsinə həsr olunmuş” panel müzakirə keçirilib.

Tədbirdən öncə prof.Məmmədhəsən Meybullayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müzakirədə giriş nitqi ilə çıxış edən Biznes və menecment fakültəsinin dekanı dos.Mirağa Əhmədov İslam iqtisadiyyatının əxlaqi normalarından, eləcə də inkişaf yolundan bəhs edərək, bu istiqamətdə prof.M.Meybullyevin apardığı tədqiqat işlərindən söz açıb.

Panel müzakirədə “İslam iqtisadiyyatında biznes etikası” mövzusunda Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Əlislam Qasımov çıxış edərək, İslam iqtisadiyyatında sosial-iqtisadi, mədəni-əxlaqi və biznes etikası məsələsinə toxunmuş və bu amillərin insanların həyat tərzinin tənzimlənməsindəki rolundan danışıb.

Mövzu ətrafında İlahiyyət institutunun kafedra müdiri, f.ü.f.d. Əhməd Niyazov, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı i.ü.f.d. Əfqan Musayev, “Muğanbank” Həyat filialının direktoru i.ü.f.d.Emin Aslanov, “Unikapital İnvestment Company”nin direktoru Vüqar Namazov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini i.ü.f.d. Elşad Səmədzadə, Biznesin idarə edilməsi kafedrasının müdiri dos. Məhəmməd Əliyev çıxış ediblər.

Sonra Mİİ Mərkəzinin rəhbəri dos.Sərvinaz Xanlarzadə atası prof.Məmmədhəsən Meybullayevin həyat yolu və elmi-pedaqoji fəaliyyətindən danışıb, alimin əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay