A

Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetində Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi, UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin dəstəyi ilə “Universitet – Biznes əlaqələrinin inkişafında elmi tədqiqatların rolu: tedqiqat.com platformasının təqdimatı” mövzusunda seminar keçirilib.

UNEC-in müəllim və tələbələrinin iştirak etdiyi tədbirin moderatoru tədqiqat mərkəzinin direktoru dos. Altay İsmayılov, məruzəçi Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Kembric Universitetinin doktorantı İnqilab Şahbazov olub.

Dos. Altay İsmayılov nüfuzlu universitetlərin nümunəsində universitet-biznes əlaqələrinin mövcud durumu, akademik mühitlə biznes dünyasının Araşdırma və İnkişaf (R&D) departamentlərinin birgə fəaliyyətinin önəmi və bu prossesdə tədqiqat fəaliyyətlərinin əhəmiyyətindən danışıb.

Məruzəçi İnqilab Şahbazov isə Azərbaycanda tədqiqat fəaliyyətinin hazırkı vəziyyətini, bu məsələdə tədqiqatçıların, xüsusilə tələbələrin, gənc tədqiqatçıların dəstəklənməsinin vacibliyini və beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıb.

Sonra nümunəvi tədqiqatın strukturu və tedqiqat.com platformasının imkanları təqdim edilib.

TOP XƏBƏRLƏR