A

UNEC Ömürboyu Təhsil Mərkəzinin tərkibində fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyasında UNEC professor-müəllim heyəti və tələbələr üçün Bloomberg terminallarından istifadə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlərə start verilib.

Təlimlər Bloomberg Maliyyə Laboratoriyasının direktoru Əkbər Əsgərov tərəfindən aparılır.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar terminaldan istifadə vərdişlərinə sahib olacaq, əldə etdikləri bilik və bacarıqlar sayəsində UNEC daxilində mövcud olan tədqiqat mərkəzlərinin iqtisadiyyat və maliyyə ilə bağlı tədqiqatlarında Bloomberg Laboratoriyasından istifadə edə biləcəklər.

TOP XƏBƏRLƏR