UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Səhiyyə iqtisadiyyatının tədrisi: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə mərkəzin rəhbəri Sevda Məmmədova açaraq, bildirib ki, səhiyyə ölkə əhalisinin sağlamlığının qorunmasını təmin edən müasir sosial-iqtisadi sistemin ən vacib sahələrindən biridir. O, dünya ölkələrində səhiyyə iqtisadiyyatının bir fənn kimi tədris olunması təcrübəsinin mövcudluğuna baxmayaraq, bu məsələnin müasir Azərbaycan şəraitində dərin təhlil və müzakirə tələb etdiyini qeyd edib.
UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin tədqiqatçısı İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Kulikov təqdimatla çıxış edərək bildirib ki, səhiyyə iqtisadiyyatı təkcə iqtisadi təfəkkürün səhiyyə sisteminə necə nüfuz etdiyini öyrənən bir elm deyil, səhiyyə iqtisadiyyatı həm də insanlar üçün vacib olan dəyərləri, insanların səhiyyə sistemindən əldə etdikləri nəticələrə dəyər əlavə etməyin yollarını öyrənir.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.