A

“MGIMO-Universitet” nəşriyyatında “Beynəlxalq bank biznesi – 2022: problemlər və perspektivlər” adlı monoqrafiyası nəşr edilib. Kitabın müəlliflər arasında UNEC-in İslam Maliyyəsi Mərkəzinin təmsilçisi da var.

UNEC-in İslam Maliyyə Mərkəzinin tədqiqatçısı, “Maliyyə və maliyyə institutları” kafedrasının doktorantı iqtisad üzrə fəlsəfə doktoru Fəxri Mürşüdlü Rusiyanın ən aparıcı təhsil müəssisələrindən birində – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda – nəşr olunmuş “Beynəlxalq bank biznesi – 2022: problemlər və perspektivlər” (Moskva: MGIMO-Universitet, 2022, 197 s.) kollektiv monoqrafiyasında müəllif kimi iştirak edib. Kitabın F.Mürşüdlünün müəllif olduğu üçüncü, ən böyük fəslinin – “Dünya iqtisadiyyatının müasir şəraitində bankların transmilli fəaliyyətinin problemləri və perspektivləri” (səh. 50-92) – üç paraqrafında dəyişən qlobal mühitdə beynəlxalq bank biznesinin transformasiyası göstərilir, müasir şəraitdə transmilli bankların fəaliyyətinin xarakterik əlamətləri, inkişaf etməkdə olan ölkələrdə bank biznesinin beynəlmiləlləşməsinin xüsusiyyətləri müəyyənləşdirilir və Azərbaycan banklarının nümunəsində postsovet məkanında beynəlxalq bank strategiyalarını ortaya qoyulur.

Beynəlxalq bank biznesinin nəzəriyyəsi və praktikası, transmilli bankların və mikromaliyyə institutları fəaliyyəti, layihə maliyyələşdirilməsinin problemləri və xusüsiyyətləri, bankların bərpa olunan enerji mənbələri üzrə dünya bazarının inkişafında iştirakı, inkişaf etmiş ölkələrin pul siyasəti, dolların perspektivləri, eləcə də müasir kredit-maliyyə münasibətlərinin digər aspektlərinə aid mövzuların əks olunduğu kitab beynəlxalq bank biznesi sahəsində menecerlər və mütəxəssislər, habelə müasir beynəlxalq iqtisadi və maliyyə münasibətlərini öyrənənlər üçün nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay