A

UNEC-də “İcbari Tibbi Sığortanın tətbiqinin nəticələri” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin fəaliyyət istiqaməti barədə məlumat verərək, mövzunun aktuallığını diqqətə çatdırıb.

UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri dos. Sevda Məmmədova icbari tibbi sığorta sahəsində ölkədə aparılan islahatlardan danışıb.

Sonra çıxış edən ekspert, həkim-nevroloq İlhamə Hacızadə icbari sığorta ilə bağlı vətəndaşları ən çox maraqlandıran suallara aydınlılq gətirib. Ekspert icbari tibbi sığortanın xidmətlər zərfi, icbari tibbi sığorta çərçivəsində göndərişlərin verilməsi qaydası, tibbi ərazi bölmələri, icbari tibbi sığortanın kimlərə şamil olunduğu, sığortahaqları və s. barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay