A

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə UNEC-də tədris edilən müxtəlif ixtisaslar üzrə dünyanın aparıcı mütəxəssislərinin müəllifi olduğu rus dilində 120-dən çox kitab daxil olub.

Kitablar Yurayt, Norma İnfra-M, MDU, Prospekt, URSS, Lan kimi nəşriyyatlarda çap edilib.

Nəşrlər BIG DATA, informasiyanın mühafizəsinin kriptoqrafik üsulları, kriptovalyuta, ekonometrika, materialşünaslıq və texnologiyalar, qida texnologiyası, sənaye müəssisələrində istehsalın planlaşdırılması və təşkili, statistika, innovasiyanın idarə edilməsi, beynəlxalq ticarət, layihələrin idarə edilməsi, sığorta işi, menecment, davranış maliyyəsi, dövlət və bələdiyyə maliyyəsi, kommersiya, kommersiya logistikası, elektron dizayn, dizaynın əsasları, reklam işinin təşkili, işgüzar ünsiyyət, liderlik,  və s. mövzuları əhatə edir.

UNEC-də tədrisin rus dilində də həyata keçirildiyini nəzərə alsaq müvafiq sahələr üzrə təhsilalanlar, tədqiqatçı və professor-müəllim heyəti üçün həmin kitablar faydalı mənbə hesab edilir.

Kitablarla yaxından tanış olmaq istəyənlər UNEC-in tədris binalarında yerləşən kitabxanalarına müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay