A

Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə “Zəfər tariximizi yazanlar”  mövzusunda seminar keçirilib.

ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva Azərbaycanın 44 günlük müharibəsində apardığı haqq-ədalət savaşından danışıb.

Sonra Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov, dosentlər Aybəniz Hüseynova, Aynur Paşayeva, Mətanət Əmrahova, Günel Səfərli, baş müəllim Xurşud İsmayılova və digərləri çıxış edərək, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin tariximizdəki yerindən söz açıblar, bu parlaq qələbənin tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay