A

UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyətini müzakirə etmək məqsədilə UNEC rektoru professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.

Görüşdə rektor Ədalət Muradov UNEC-in strateji hədəflərindən söz açıb. Bildirib ki, 2030-cu ilədək UNEC-in Web of Science və Scopus bazasında indekslənən 3 elmi jurnalının olması əsas hədəflənib. Rektor bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, qarşıya qoyulan hədəflər, problemlər və görülən işlər barədə məlumat verib.

Təqdimatdan sonra təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay