A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “Erasmus Village” layihəsinin təqdimatı olub.

“Erasmus Village” layihəsi çərçivəsində “Beynəlxalq təhsil və təcrübə” adlı sərgi də təşkil olunub. UNEC-in də təmsil olunduğu sərgini ziyarət edənlər xaricdə təhsil almaq və təcrübə keçməklə bağlı müxtəlif interaktiv sessiyalarda iştirak etmək imkanı əldə ediblər. UNEC-in stendini ziyarət edənlərə Beynəlxalq əməkdaşlıq departamenti tərəfindən universitetdə tətbiq olunan ikili diplom, mübadilə və xaricdə təhsil proqramları haqqında ətraflı məlumat verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay