A

Noyabrın 22-də Şuşa şəhərində “Tarixi yerlər və abidələr IV Beynəlxalq Şuşa Simpoziumu” keçirilib.

Bülbülün Ev-Muzeyində keçirilən simpoziumda UNEC-in Dizayn kafedrası da təmsil olunub. Kafedranın müdiri dosent Elfanə Qasımova, kafedranın dosenti Yeganə Ağamalıyeva və kafedranın müəllimi Aytən Yusifkənan simpoziumda məruzələrlə çıxış ediblər. UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədovanın və kafedranın baş müəllimi Gülçöhrə Salehzadənin məruzələri isə videoçarx formatında dinlənilib.

İştirakçılar rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, yeni məscidlərin tikinti-bərpa işləri ilə tanış olublar.

TOP XƏBƏRLƏR